15:44 11-02-2021
news_image
122
FUTBOL

Ramosun yerinə Karlos? – “Real”da

İspaniyanın “Real” klubu Dieqo Karlos transfer etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi “Sevilya”nın müdafiəçisini yay transfer dövründə heyətinə qatmaq niyyətindədir.

“Kral klubu” komandanı tərk edəcəyi gözlənilən Serxio Ramosu məhz 27 yaşlı braziliyalı ilə əvəzləmək fikrindədir. Onun qiyməti 50 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Karlos cari mövsüm 29 oyun keçirib.