15:50 11-02-2021
news_image
147
FUTBOL

17 illik antirekord təkrarlandı – 808 gündən sonra qol

“Alanyaspor” klubu “Qalatasaray”a 17 illik antirekordu təkrarladıb.

Apasport.az saytının məlumatına görə, alanyalılar buna Türkiyə kubokunun 1/4 final mərhələsində rəqibinə qalib gələrək nail olub.

“Türk Telekom Arena”da 3:2 hesablı qələbə qazanan “Alanyaspor” cari mövsüm ikinci dəfə bu arenada “cim-bom”u üstələyib. “Qalatasaray” bunadək sonuncu dəfə 17 il əvvəl – 2003/04 mövsümündə eyni komandaya öz meydanında iki dəfə yenilmişdi.

Həmçinin görüşün 90+4-cü dəqiqəsində komandasının ikinci qoluna imza atan “Qalatasaray”ın yeni transferi Gedson Fernandes 808 günlük qol həsrətinə son qoyub. Portuqaliyalı vinger axırıncı dəfə 27 noyabr 2018-ci ildə “Benfika”nın heyətində “Bavariya” ilə qarşılaşmada fərqlənmişdi.

Qeyd edək ki, Super Liqanın V turunda keçirilən “Qalatasaray” – “Alanyaspor” matçında qonaqlar 2:1 hesablı qələbə qazanıb.