16:46 11-02-2021
news_image
199
FUTBOL

Mbappenin əvəzinə o gəlir – PSJ-yə

Mövsümün sonunda Kilipan Mbappeni itirmək təhlükəsi ilə üzləşən Fransanın PSJ klubu hücum xəttində yaranacaq boşluq üçün axtarışa başlayıb.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi qol yollarında yaranacaq problemi “İnter”in forvardı Romelu Lukaku ilə həll etmək niyyətindədir.

Hücumların cinahlarında Neymar və “Barselona”dan alınması planlaşdırılan Lionel Messini oynatmaq istəyən baş məşqçi Mauritsio Poçettino belçikalı forvardın “trio”nu layiqincə tamamlayacağını düşünür.

Qeyd edək ki, Lukaku həmçinin “Mançester Siti”nin maraq dairəsindədir.