17:15 11-02-2021
news_image
2756
FUTBOL

35 yaşında millidə debüt edəcək – “Qalatasaray”ın futbolçusu

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Rayan Donkun milliyə çağırılmaqla bağlı problemi həll olunub.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi Surinam yığmasının formasını geyinəcək.

Surinam Futbol Assosiasiyası Donk da daxil olmaqla Kervin Lerdam, Dieqo Bisesvar kimi bir neçə Surinam əsilli tanınmış simanın milliləşdirilməsi üçün FİFA-ya müraciət edib və müsbət cavab alıb. Bu isə o deməkdir ki, Niderlandın U-21 yığmasının sabiq üzvü olan Donk 35 yaşında ilk dəfə əsas millidə çıxış etmək imkanı qazanıb.

Qeyd edək ki, Surinam yığması DÇ-2022-nin KONKAKAF zonası üzrə seçmə mərhələsində mübarizə aparacaq.