17:50 11-02-2021
news_image
189
FUTBOL

Yenidən iş başında – dünya çempionu

İtaliya millisinin sabiq futbolçusu Alberto Cilardinonun yeni iş yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, dünya çempionu “Syena” klubunun baş məşqçisi təyin edilib.

38 yaşlı mütəxəssis ötən ay istefaya göndərildiyi kluba qayıdıb. 2020-ci ilin sentyabrında baş məşqçi təyin olunan Cilardino cəmi 4 aydan sonra istefaya göndərilmişdi.