22:21 11-02-2021
news_image
95
FUTBOL

“Speziya”nı aldı – amerikalı biznesmen

İtaliyanın “Speziya” klubu sahibini dəyişib.

Apasport.az saytının məlumatına görə, ABŞ-dan olan biznesmen Robert Platek A seriyası təmsilçisinin yeni sahibi olub.

Amerikalı biznesmen həyat yoldaşı və üç uşağı ilə birlikdə klubun səhmlərinin böyük hissəsinə sahib çıxıb. Platek səhmləri Qabriele Volpidən alıb.

Qeyd edək ki, “Speziya” A seriyasının XXI turundan sonra turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.