00:00 12-02-2021
news_image
117
FUTBOL

“Liverpul” transferə pul tapmadı – 40 milyon

İngiltərənin “Liverpul” klubu “Uotford”un futbolçusu İsmail Sarrı transfer etməyə pul tapmayıb.

Apasport.az saytının məlumatına görə, bunu yarımmüdafiəçinin agenti Tyerno Seydi açıqlayıb.

O bildirib ki, mersisaydlılarla futbolçunun keçidini razılaşdırıb. Sarrın maaşı və müqavilənin müddəti barədə razılıq əldə olunduqdan sonra yarımmüdafiəçi üçün ev axtarışına da başlayıblar. Lakin “Liverpul” “Uotford”a ödənilməli olan 40 milyon funt sterlinq tapa bilməyib. Bu üzdən qış transfer pəncərəsinin son günlərində reallaşmalı olan keçid baş tutmayıb.

Qeyd edək ki, Sarr bir müddət əvvəl “Mançester Yunayed”in də maraq dairəsində olub. Onun transferi klublar arasında ortaq məxrəcə gəlinmədiyi üçün reallaşmayıb.