23:19 11-02-2021
news_image
314
DİGƏR NÖVLƏR

“Formula-1” istəyir - FİA təsdiq etməlidir

“Formula-1”in komissiyasının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Portuqaliya Qran-Prisinin keçirilməsi müzakirə olunub.

Tədbirdə Portuqaliyanın mayın 2-də yarışı qəbul etməyə əsas namizəd olması barədə qərar verilib. 2021-ci ilin təqvimində boş qalan həmin tarixdəki yarışın Portuqaliyaya verilməsi üçün “Formula-1”in ardınca FİA-nın Ümumdünya Şurası da bu qərarı təsdiqləməlidir.

Qeyd edək ki, 1996-cı ildən sonra ilk dəfə Portuqaliyanın “Formula-1”ə ev sahibliyi olması ötən il gerçəkləşib. Həmin vaxt yarışı Portimordakı yeni avtodrom qəbul edib.