09:25 12-02-2021
news_image
469
FUTBOL

Azərbaycan yığmasını saymadı – Qətərin baş məşqçisi

“DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizə aparan komandalarla oynamaq ən yaxşı səviyyəyə çatmağımıza kömək edəcək. Bütün matçlar həyəcanlı və maraqlı olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Qətər yığmasının baş məşqçisi Feliks Sançes Bas deyib.

Mundialın ev sahibi DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin də yer aldığı A qrupundakı komandalarla yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. 46 yaşlı mütəxəssis bu matçların onlara böyük köməklik göstərəcəyini düşünür: “Avropa komandalarının hər biri ilə dünya çempionatında qarşılaşa bilərik. Eyni zamanda, gələn il Amerika kuboku və KONKAKAF “Qızıl kuboku”ndakı yığmalarla mübarizə aparacağıq. Bu, yaxşı planlaşdırmadır. Çalışırıq ki, təkcə Asiya komandaları ilə qarşılaşmayaq. Bütün bunlar dünya çempionatına yaxşı hazırlaşmaq imkanı verir”.

46 yaşlı ispaniyalı çalışdırıcı yığmamızın yer aldığı A qrupundakı komandalar barədə də fikirlərini bölüşüb. O, Azərbaycan və Lüksemburq istisna olmaqla digər komandaları fərqləndirib: “Güclü rəqiblərə qarşı çıxış etmək və oyunumuzu inkişaf etdirmək üçün əla fürsətimiz var. Avropa zonasında yoldaşlıq görüşləri keçirəcəyimiz qrupdakı komandaların hamısı güclüdür. Burada Avropa çempionu Portuqaliya var. Onlar qrupun favoritidir. Ən yüksək səviyyədə bir komanda ilə görüşmək bizim üçün əla təcrübə olacaq. Yüksək rəqabətli komandalarla oynamaq şansı əldə etmişik. İrlandiya və Serbiyaya qarşı matçımız da maraqlı olacaq”.

Qeyd edək ki, Qətər yığması martın 27-də Avstriyada Azərbaycan millisini qəbul edəcək.