09:53 12-02-2021
news_image
325
FUTBOL

Marsyalı satır – “Mançester Yunayted”

Antoni Marsyal mövsümün sonunda “Mançester Yunayted”i tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu aparıcı futbolçusunu satmağı planlaşdırır.

Fransa millisinin üzvünün klubla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Ancaq Premyer Liqa təmsilçisi 26 yaşlı hücumçunun satışından əldə olunacaq gəlirlə yeni transferə büdcə ayırmaq niyyətindədir. Marsyalın hazırda transfer qiyməti 55 milyon avroya bərabər göstərilir.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 28 oyun keçirən Marsyal 7 qol vurub, 8 məhsuldar ötürmə verib.