09:58 12-02-2021
news_image
486
FUTBOL

Yeni müqavilə təklifini rədd etdi - Benzema

İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema yeni müqavilə imzalamağa tələsmir.

Apasport.az saytının məlumatına görə, “kral klubu” yeni 1 illik saziş təklif etsə də, fransalı forvard gözləməyi məqsədəuyğun bilib.

Hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədər olan 34 yaşlı oyunçu həmin vaxta qədər danışıq aparmaq fikrində deyil. Çünki Benzema gələn ilki fiziki formasına və komandadakı mövqeyini itirib-itirməməsinə əsasən qərar verəcək. Forvardın sabiq komandası “Lion”a qayıtması da istisna deyil.

Qeyd edək ki, Benzema cari mövsüm La Liqada keçirdiyi 20 oyunda 11 qol vurub.