10:25 12-02-2021
news_image
1337
FUTBOL

“Ahmed Ahmedov sürətli futbolçu deyil, amma...” – Naci Şensoy

“Ahmed Ahmedov təcrübəsi ilə “Neftçi”nin gücünə güc qatacaq”.

Bunu apasport.az saytına açıqlamasında türkiyəli mütəxəssis Naci Şensoy Sofiya MOİK-inin hücumçusu Ahmed Ahmedovun “Neftçi”yə keçidini dəyərləndirərkən deyib.

Məşqçilik karyerası ərzində uzun müddət Bolqarıstanda da çıxış etmiş 63 yaşlı çalışdırıcı Ahmedovla bağlı araşdırma apardığını söyləyib. Ölkəmizdə “Turan” klubuna rəhbərlik etmiş Şensoy bolqarıstanlı forvardın, xüsusən də, sol ayağının güclü olduğunu bildirib: “MOİK-də işləyən Dobri Mitov “Pirin”də köməkçim olub. Ahmedovun hazırkı durumu ilə bağlı ondan maraqlandım. Ahmedi dörd il əvvəldən tanıyıram. Mitov dedi ki, artıq daha təcrübəli olub, avrokubok matçlarında uğurlu çıxış edib, qollar vurub. Sol ayağından yaxşı yararlanan mərkəz hücumçusudur. Çox sürətli deyil, amma cərimə meydanı daxilində təhlükəli olmağı bacarır, özü qol vəziyyəti yaradıb, fərqlənə bilir. Onun “Neftçi”ni gücləndirəcəyini düşünürəm”.

Qeyd edək ki, Ahmed Ahmedovu icarəyə götürən “Neftçi” mövsümün sonunda onu 150 min avro qarşılığında birdəfəlik transfer etmək hüququna malikdir.