10:49 12-02-2021
news_image
522
FUTBOL

Azərbaycanla oyuna yeni baş məşqçi ilə çıxacaq - Estoniya

AVRO-2023-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan 21 yaşadək futbolçularda ibarət Estoniya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Estoniya Futbol Assosiasiyası bu posta ukraynalı mütəxəssis Roman Kojuxovskini təyin edib.

Uzun müddətdir Estoniyada çalışan və hazırda “Kuressare” klubunun baş məşqçisi olan 42 yaşlı Kojuxovski hər iki işi eyni anda davam etdirəcək. Kojuxovskinin assosiasiya ilə müqavilə müddəti 2 il nəzərdə tutulub. Onun qarşısına qoyulan məqsəd komandanı AVRO-2023-ün final mərhələsinə çıxarmaqdır.

Qeyd edək ki, Estoniya yığması seçmə mərhələdə Azərbaycanla yanaşı, Xorvatiya, Avstriya, Norveç və Finlandiya ilə mübarizə aparacaq.