11:21 12-02-2021
news_image
421
FUTBOL

“Çelsi”dən “İnter”ə təklif – Eriksenlə bağlı

İngiltərənin “Çelsi” klubu Kristian Erikseni heyətinə qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi yarımmüdafiəçinin keçidi üçün onun forma geyindiyi İtaliya “İnter”i ilə danışıqlara başlayıb.

Premyer Liqa klubu italiyalılara Eriksenin əvəzinə öz oyunçusu Jorjinyonu təklif edib. Bir müddət əvvəl İtaliya vətəndaşı olan braziliyalının xidmətində maraq göstərən “İnter” Eriksenlə vidalaşmaq arzusundadır.

Qeyd edək ki, transfer pəncərəsinin əvvəlində Kristianın “Tottenhem”ə qayıdışı gözlənilirdi.