11:25 12-02-2021
news_image
434
FUTBOL

“Sampdoriya”dan Premyer Liqaya – 4 klubun arzusu

İtaliyanın “Sampdoriya” klubunun futbolçusu Mikkel Damsorq karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Premyer Liqa təmsilçilərinin maraq dairəsinə düşüb.

Mikkel eyni vaxtda dörd klubun transfer siyahısında yer alıb. 20 yaşlı danimarkalı vingerinə əsas iddiaçı “Tottenhem”dir. Lakin “Lids”, “Vest Hem” və “Sauthempton” da futbolçunu heyətində görmək istəyir.

Qeyd edək ki, danimarkalının transfer qiyməti 8 milyon avro ilə dəyərləndirilir.