12:14 12-02-2021
news_image
440
FUTBOL

“Mançester Siti”nin müdafiəçisini alır – 18 milyona

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Anxelino Almaniya “Leypsiq”inə keçəcək.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi icarəyə götürdüyü futbolçunun müqaviləsindəki transfer etmək şərtini aktivləşdirməyə qərar verib.

Leypsiqlilər 18 milyon avroya 24 yaşlı futbolçunun transfer hüququna yiyələnəcək. İspaniyalı 2020-ci ilin yanvarından heyətində olduğu Almaniya klubunda özünü yaxşı tərəfdən göstərib. Anxelino 46 matçda 9 qol və 16 assistlə yadda qalıb.