13:56 12-02-2021
news_image
542
FUTBOL

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı – Premyer Liqada

Azərbaycan Premyer Liqasında XV turun təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah start götürəcək turun ilk iki matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi bəlli olub.

Turun “Qarabağ”la “Neftçi” arasındakı mərkəzi oyununun da ədalət təmsilçiləri müəyyənləşib. Azərbaycan derbisini Elçin Məsiyev idarə edəcək.

Azərbaycan Premyer Liqası
XV tur
13 fevral (şənbə)
16:00. “Sumqayıt” – “Səbail”

Kapital Bank Arena
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
 
18:30. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kərim Ağayev
 
14 fevral (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu
17:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu.