16:07 12-02-2021
news_image
461
FUTBOL

Ən yaxşısı seçildi - Premyer Liqanın

İngiltərə Premyer Liqasında ayın futbolçusu açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yanvarın ən yaxşısı adına İlkay Gündoğan layiq görülüb.

“Mançester Siti”nin yarımmüdafiəçisi ötən ay keçirdiyi 6 görüşdə 5 qol vurub. 30 yaşlı futbolçu ilk dəfə Premyer Liqada ayın oyunçusu seçilib.

Qeyd edək ki, səsvermədə Gündoğan Bernd Leno (“Arsenal”), Kreyq Douson (“Vest Hem”), Con Stouns (“Mançester Siti”), Cek Qriliş (“Aston Villa”), Ceyms Meddison (“Lester”), Mateus Pereyra (“Vest Bromviç”) və Bukayo Sakanı (“Arsenal”) arxada qoyub.