16:36 12-02-2021
news_image
591
FUTBOL

“Qalatasaray”ın oyununun vaxtı dəyişdirildi – “Kasımpaşa” ilə

Türkiyə Super Liqasının XXV turunun “Qalatasaray” – “Kasımpaşa” matçının vaxtı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, fevralın 14-də keçiriləcək görüş öncədən nəzərdə tutulduğu kimi, saat 20:00-da start götürməyəcək.

Türkiyə Futbol Federasiyası hava şəraiti ilə əlaqədar görüşün daha erkən, Bakı vaxtı ilə 17:00-da başlamasını qərara alıb.