17:58 12-02-2021
news_image
96
FUTBOL

“Liverpul”da itki - Fabinyo

İngiltərənin “Liverpul” klubu daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu yarımmüdafiəçisi Fabinyonun xidmətindən məhrum olub.

Braziliyalı əzələlərində problemlə üzləşib. Fabinyo Premyer Liqanın sabah keçiriləcək “Lester”lə görüşünü buraxacaq.

Cənubi amerikalının Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leypsiq”lə ilk qarşılaşmasında oynayıb-oynamaması isə sual altındadır. Bu görüş fevralın 16-da keçiriləcək.