00:17 13-02-2021
news_image
120
FUTBOL

Nəhənglərin istədiyi oyunçu üçün qiymət “oxudu” – “Sevilya”

İspaniyanın “Sevilya” klubunun müdafiəçisi Jül Kunde Avropa nəhənglərinin maraq dairəsindədir.

Apasport.az saytının məlumatına görə, əndəlüs təmsilçisi də 22 yaşlı oyunçunu saxlaya bilməyəcəyini başa düşür.

Bu səbəbdən “Sevilya” rəhbərliyi fransalı mərkəz müdafiəçisini mövsümün sonunda satacağını istisna etmir. Lakin La Liqa təmsilçisi onu 80 milyon avrodan ucuz qiymətə buraxmayacağını bəyan edib. Klub bir müddət əvvəl “Mançester Siti”nin 55 milyon avroluq təklifini rədd edib. “Şəhərlilər”lə yanaşı, “Real”, “Barselona”, “Mançester Yunayted” və PSJ Kundeni heyətinə cəlb etmək niyyətindədir.

Qeyd edək ki, Jül Kunde “Sevilya”ya 2019-cu ildə “Bordo”dan keçib.