22:02 12-02-2021
news_image
137
FUTBOL

Dönüşü ləngiyir – Portuqaliya yığmasının hücumçusunun

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Portuqaliya yığmasının hücumçusu Dioqo Jotanın sağalma prosesi ləng gedir.

Apasport.az saytının məlumatına görə, bunu forvardın şərəfini qoruduğu “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis daha əvvəl qoyulan diaqnoza əsasən artıq sağalmalı olan 25 yaşlı oyunçunun daha bir neçə həftə kollektivdən uzaq qalacağını açıqlayıb: “Dioqo hazırda fərdi hazırlaşır. Bəlkə 2-3 həftədən sonra komandaya qoşular”.

Qeyd edək ki, dekabrın 9-da zədələnən Dioqo Jota həmin vaxtdan bəri komandasına kömək edə bilmir.