01:48 13-02-2021
news_image
148
FUTBOL

Sulşerin siyahısı – 4 mərkəz müdafiəçisi

İngiltərənin “Mançester Yunayted” klubu mövsümün sonunda müdafiə xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Ole-Qunnar Sulşer, xüsusən də, mərkəz müdafiəçilərinin çıxışından məmnun deyil.

Norveçli mütəxəssisin qısa siyahısında bu mövqe üzrə 4 oyunçu yer alır. Bunlar “Real”dan Rafael Varan, “Sevilya”dan Jül Kunde, “Aston Villa”dan Tayron Minqs və “Braqa”dan David Karmudur. “Mankunianlar” “Leypsiq”in oyunçusu Dayo Upamekanonu bu “dördlüy”ə alternativ kimi baxır. Çünki ingilislər onun “Bavariya”ya keçəcəyini düşünür.

Klub rəhbərliyi siyahıda olan oyunçulardan ən azı birini yayda heyətə cəlb etməyə çalışacaq.