23:36 12-02-2021
news_image
191
FUTBOL

5 klubun mübarizəsi – 40 milyonluq futbolçu uğrunda

Mönhenqladbax “Borussiya”sının yarımmüdafiəçisi Florien Noyhaus uğrunda mübarizə qızışır.

Apasport.az saytının məlumatına görə, konkret olaraq beş klub 23 yaşlı orta sahə oyunçusunun keçidində maraqlıdır.

Bunlar “Bavariya”, Dortmund “Borussiya”sı, “Yuventus”, “Mançester Siti” və “Liverpul”dur. Bundesliqa təmsilçisi mövsümün sonunda Almaniya millisinin üzvünün transferindən 40 milyon avroluq gəlir əldə edə bilər.

Qeyd edək ki, Florien Noyhaus cari mövsüm Bundesliqada keçirdiyi 19 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə verib.