01:29 13-02-2021
news_image
230
FUTBOL

Dünyanın ən yaxşı gəncləri - SİYAHI

20 yaşadək futbolçular arasında dünyanın ən yaxşıları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, L'Equipe nəşri 50 oyunçunu fərqləndirib.

Sıralamada ilk pilləni “Barselona”nın hücumçusu Ansu Fati tutub. “Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqa ikinci sırada qərarlaşıb. İlk “üçlüy”ü “Ayaks”ın yarımmüdafiəçisi Rayan Qravenberx qapayıb.

Siyahıda ən gənc oyunçu Dortmund “Borussiya”sının hücumçusu Yussufa Mukokodur. Almaniyalı 2004-cü il təvəllüddür.

Ən yaxşı 20 gənc futbolçu:
1. Ansu Fati (“Barselona”) – 2002-ci il təvəllüd
2. Eduardo Kamavinqa (“Renn”) - 2002
3. Rayan Qravenberx (“Ayaks”) - 2002
4. Pedri (“Barselona”) - 2002
5. Covanni Reyna (“Borussiya” Dortmund) - 2002
6. Jüde Bellinqem (“Borussiya” Dortmund) - 2003
7. Yari Verşaeren (“Anderlext”) - 2001
8. Mason Qrinvud (“Mançester Yunayted”) - 2001
9. Bukayo Saka (“Arsenal”) - 2001
10. Miron Boadu (“Alkmaar”) - 2001
11. Florian Virts (“Bayer”) - 2003
12. Nuno Mendeş (“Sportinq”) - 2002
13. Hervi Elliott (“Liverpul”) - 2002
14. Mohamed İhattaren (PSV) - 2002
15. Yussufa Mukoko (“Borussiya” Dortmund) - 2004
16. Josko Qvardiol (“Dinamo” Zaqreb) - 2002
17. Kurtis Cons (“Liverpul”) - 2001
18. Tyaqo Almada (“Velez Sarsfild”) - 2001
19. Yunus Musah (“Valensiya”) - 2002
20. Noni Madueke (PSV) - 2002