00:41 13-02-2021
news_image
84
FUTBOL

Təyinatlar açıqlandı – Premyer Liqada

Azərbaycan Premyer Liqasında XV turun son təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, fevralın 14-də keçiriləcək görüşlərin hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi bəlli olub.

“Qəbələ” – “Keşlə" matçını Rauf Cabarov idarə edəcək. “Zirə” – “Sabah” oyununda Kamal Umudlu fit çalacaq.

Azərbaycan Premyer Liqası
XV tur
14 fevral (bazar)
“Qəbələ” – “Keşlə"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu, 15:00

“Zirə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu, 17:00