11:09 13-02-2021
news_image
148
FUTBOL

“Borussiya”da yarımmüdafiəçi tapdı - “Liverpul”

İngiltərənin “Liverpul” klubu heyətinə yeni yarımmüdafiəçi qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Mönhenqladbax “Borussiya”sının futbolçusu Florian Noyhausu transfer etmək istəyir.

23 yaşlı almaniyalı Corcino Veynaldumu əvəzləməlidir. Sonuncu komandadan getməyə hazırlaşır.

Noyhaus Almaniya nəhəngi “Bavariya”nın da maraq dairəsindədir. O, cari mövsüm 28 oyunda 4 qol vurub.

Qeyd edək ki, yarımmüdafiəçinin transfer qiyməti 38 milyon avro ilə dəyərləndirilir.