12:44 13-02-2021
news_image
106
FUTBOL

Dembele oynadıqca “Barselona” ziyana düşür – qazanan “Borussiya”dır

İspaniyanın “Barselona” klubunun futbolçusu Usman Dembele La Liqa təmsilçisini xərcə sala bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bu gün “Alaves”ə qarşı keçiriləcək oyunda meydana çıxsa, ispaniyalılar Dortmund “Borussiya”sına daha 5 milyon avro ödəyəcək.

2017-ci ildə Almaniya klubundan transfer olunan fransalının “Barselona”da keçirdiyi hər 25 matç üçün bu qədər bonus ödənilməlidir. Bu dəfəki ödənişlə Dembelenin transfer xərci 135 milyona çatacaq.

Hərçənd 4 il öncə Usman üçün 105 milyon ödənilmişdi. Bonuslar hesabına bu rəqəm artmaqda davam edir. “Barselona”nın hər mövsüm Çempionlar Liqasına yüksəlməsi də Dembelenin hər 25-ci oyunu kimi 5 milyona başa gəlir. Əgər İspaniya nəhəngi iki dəfə Çempionlar Liqasının qalibi olsa, daha 10 milyon ödəməyə borcludur.