13:08 13-02-2021
news_image
108
FUTBOL

“Real”ın arzusu gözündə qaldı – “yarasalar”dan ayrılmır

İspaniyanın “Valensiya” klubunun futbolçusu Xose Luis Qayya komandasını tərk etməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Real” və İngiltərə “Arsenal”ının maraq dairəsində olsa da, “yarasalar”dan ayrılmamağa qərar verib.

25 yaşlı ispaniyalı müqaviləsinin sonunadək Valensiyanın eyniadlı təmsilçisində qalmaq niyyətindədir. Qayyanın anlaşması 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə 20 matça çıxıb.