14:53 13-02-2021
news_image
93
FUTBOL

Prandelliyə əvəzləyici tapdı – “Fiorntina”

İtaliyanın “Fiorentina” klubu mövsümün sonunda baş məşqçisini dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Florensiya təmsilçisi Çezare Prandelliyə əvəzləyici də tapıb.

A seriyası klubu “Sassuolo”nun baş məşqçisi Roberto De Dzerbini çalışdırıcı vəzifəsinə gətirmək istəyir. Prandelli “Fiorentina” ilə müqaviləni uzatmayacaq. De Dzerbi də yayda onu əvəzləməlidir. “Torino”nun idman direktoru Canluka Petrakın da fəaliyyətini Florensiya klubunda davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, Prandelli 2020-ci ilin noyabrından “Fiorentina”nın baş məşqçisidir.