12:54 11-08-2008
news_image
414
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları İspaniyada keçirilən turnirdə uğursuz çıxış ediblər

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Aviles şəhərində beynəlxalq şahmat turniri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışa qatılan Azərbaycan şahmatçılarından heç biri fəxri kürsüyə yüksələ bilməyib. Təmsilçilərimizdən Erkin Qurbanzadə (6,5 xal) 6-cı, Günay Məmmədzadə (4,5 xal) 34-cü, Şəmşəd Axundov (4,5 xal) 41-ci, Ramin Məmmədhəsənli (3 xal) 59-cu, Mirtaleh Həsənov (3 xal) 62-ci yeri tutub. 73 şahmatçının mübarizə apardığı yarışın qalibi adını ispaniyalı Manuel Penya Qomes (7,5 xal) qazanıb.
Qeyd edək ki, turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov olub.