17:55 13-02-2021
news_image
371
FUTBOL

Qovuldu - Kamran Ağayev

Azərbaycan Premyer Liqasının XV turunun “Sumqayıt” – “Səbail” qarşılaşması xoşagəlməz hadisə ilə başa çatıb.

Apasport.az saytının məlumatına görə, qonaqların qapıçısı Kamran Ağayev görüşün uzatma dəqiqələrində rəqibə qarşı aşkar kobudluq edib.

Açıq ayaqla rəqibin üstünə gedən qolkiper birbaşa qırmızı vərəqə alıb. Onun meydandan qovulmasından sonra “Səbail”in qapısını Adil Nağıyev qoruyub.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.