18:18 13-02-2021
news_image
164
FUTBOL

“Qara siyahısı” - Samir Abasovun

“Neftçi”nin baş məşqçisi Samir Abasovun xidmətində maraqlı olmadığı futbolçuların siyahısı məlum olub.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, o, yayda işini davam etdirəcəyi halda, minimum 6 oyunçunu düşərgədə saxlamayacağı barədə rəhbərliyi xəbərdar edib.

Gənc mütəxəssisin «qara siyahı»sına həm legionerlər, həm də yerlilər daxildir.

Əcnəbilərdən Mamadu Mbodj, Saman Nərimancahan, Vojislav Stankoviç, Stiven Monroz çalışdırıcının gələcək planlarında yoxdur.

Abasov gələndən bəri şans vermədiyi Rener Alvesi də buradan göndərməyi düşünür, sadəcə, braziliyalı müdafiəçinin uzunmüddətli müqaviləsinin olması ona bir qədər problem yardır.

Digər tərəfdən, 20 yaşlı “sambaçı”nın maaşının az olması baş məşqçini nisbətən sakitləşdirir. Yəni, qalıb-qalmamsası maddi yük olaraq büdcəyə təsir eləmir.

Yerlilərdən Fərhmin Muradbəyli və Anton Krivotsyuk Abasovun düşüncələrində yer almır.

Onun fikrincə, Muradbəyli inkişafdan qalıb və bundan sonra potensialını açması qeyri-mümkündür.

Antona gəlincə, çalışdırıcı milliləşdirilən ukraynalı müdafiəçinin taktiki cəhətdən savadsız futbol oynaması qənaətindədir. Abasov bu fikrə ümumi analiz nəticəsində gəlib.

Komandanın həm ondan əvvəl, həm də onun zamanında keçirdiyi bütün oyunları təhlil edən mütəxəssis Krivotsyukun öz mövqeyində daim ciddi səhvlərə yol verməsini qeydə alıb.