18:22 13-02-2021
news_image
69
FUTBOL

İtirə-itirə gedir – “Liverpul”

İngiltərənin “Liverpul” klubunda zədəli futbolçuların sayı artmaqda davam edir.

Apasport.az saytının məlumatına görə, “Lester”lə Premyer Liqanın XIV turunun görüşü daha iki oyunçunun sıradan çıxması ilə əlamətdar olub.

Qarşılaşmadan öncə müdafiəçi Ben Devisin zədəsi üzə çıxıb. Görüşün 17-ci dəqiqəsində isə Ceyms Milner zədə səbəbindən Tyaqo Alkantara ilə əvəzlənib.

Bununla da zədəli futbolçuların sayı 9-a çatıb. Devislə Milnerə qədər Divok Oriqi, Vircil van Deyk, Co Qomes, Joel Matip, Fabinyo, Dioqu Jota və Nabi Keyta komandadan ayrı düşüb.

Qeyd edək ki, ötən mövsümün çempionu olan “Liverpul” “Lester”lə davam edən görüşdə 1:3 hesabı ilə məğlub durumdadır.