18:38 13-02-2021
news_image
124
FUTBOL

“Onlar tapşırıqları uğurla icra etdilər” – Ayxan Abbasov

“Premyer Liqanın üçüncü dövrəsinə qələbə ilə başlamaq istəyirdik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib. 

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XV turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. O, mətbuat konfransında bildirib ki, görüş maraqlı alınıb: “Rəqibimiz bundan əvvəl Azərbaycan Kubokunda da qarşılaşdığımız, çempionatın baxımlı oyun sərgiləyən komandalarından biri olan “Səbail” idi. Havanın küləkli olmasına baxmayaraq, olduqca maraqlı oyun alındı. İlk hissədə küləyin üstünlüyü bizim tərəfimizdə olduğundan fasiləyə iki top üstünlüyü ilə yollandıq. Bunun məntiqi nəticəsi kimi daha ağıllı, daha tədbirli oynamağa başladıq. Futbolçularım verilən tapşırıqları oyun ərzində uğurla icra etdilər. Qələbə münasibəti ilə komandamı və azarkeşlərimizi təbrik edirəm. “Səbail” klubuna və özümüzə gələcək oyunlarda uğurlar arzulayıram”.