19:43 13-02-2021
news_image
109
FUTBOL

6 ildən sonra – “Liverpul” bunu da gördü

“Liverpul” İngiltərə Premyer Liqasında ardıcıl 3-cü məğlubiyyətini alıb.

Apasport.az saytının məlumatına görə, XXIV turda “Lester”ə 1:3 hesabı ilə uduzan Yurgen Kloppun yetirmələri əvvəlki matçlarda “Mançester Siti”yə 1:4, “Brayton”a 0:1 hesabı ilə yenilmişdi.

Ötən mövsümün çempionu Kloppun rəhbərliyi altında ilk dəfə belə uğursuz seriya ilə üzləşib. “Qırmızılar” sonuncu dəfə 2014-cü ilin noyabrında ardıcıl üç məğlubiyyət alıb. 

6 il 3 ay öncə komandanı Brendan Rocers çalışdırırdı. Bu dəfə o, “Lester”in baş məşqçisi kimi qələbə sevinci yaşayıb.