12:01 14-02-2021
news_image
93
FUTBOL

31 klubu qabaqlayır - Messi

İspaniya La Liqasının XXIII turunda “Alaves”i qəbul edən “Barselona” 5:1 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, oyun Kataloniya klubunun kapitanı Lionel Messi üçün əlamətdar olub.

Matçda dubl edən argentinalı superulduz hər iki qola cərimə meydanı kənarından imza atıb. Bununla Leo La Liqada uzaq məsafədən vurduğu qolların sayını 66-ya çatdırıb. O, bu müddət ərzində çempionatda iştirak edən 31 komandanı qabaqlayıb. Messi yalnız “Real” (112 qol) və “Atletiko”dan (76) geri qalır.

Qeyd edək ki, “Alaves”lə qarşılaşmada La Liqada 505-ci oyununu keçirən Messi bu baxımdan sabiq komanda yoldaşı Xavi Ernandesin rekorduna şərik olub.