12:24 14-02-2021
news_image
77
FUTBOL

Premyer Liqada 7-ci oldu – 30 yaşdan sonra...

İngiltərə Premyer Liqasının XXIV turunda “Liverpul”la keçirilən oyunda “Lester”in qələbəsinə töhfə verən hücumçu Ceymi Vadi 30 yaşdan sonra qol+ötürmə sistemi ilə 100-cü xalını qazanıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun bunun üçün matçda bir dəfə fərqlənməsi kifayət edib.

34 yaşlı forvard son dörd ildə 81 qol vurub, 19 məhsuldar ötürmə verib. Vardi Premyer Liqa tarixində eyni göstəriciyə imza atan 7-ci futbolçu olub. Ona qədər Alan Şirer, Yan Rayt, Teddi Şeringem, Frenk Lempard, Rayan Giqqz və Canfranko Zola 30 yaşdan sonra qol+ötürmə sistemi ilə 100 xal qazanıblar.

Qeyd edək ki, səfərdə “Liverpul” üzərində 3:1 hesablı qələbə qazanan “Lester” 46 xalla 2-ci pillədə qərarlaşır.