12:56 14-02-2021
news_image
105
FUTBOL

MLS klubuna keçdi - Pato

Tanınmış braziliyalı futbolçu Aleşandre Pato karyerasını ABŞ-da davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı forvard MLS təmsilçisi “Orlando Siti”yə keçib.

Ulduz futbolçu yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Pato viza aldıqdan sonra yeni kollektivinə qoşulacaq. O, son klubu olan “San-Paulo”dan ötən ilin avqustunda ayrılıb.

Qeyd edək ki, Aleşandre Pato karyerası ərzində “İnternasional”, “Milan”, “Korintians”, “Çelsi”, “Vilyarreal” və “Tyanjin Quanjian” klublarında çıxış edib.