13:18 14-02-2021
news_image
105
FUTBOL

“Barselona” ilə oyunöncəsi daha bir itki – PSJ-də

Fransanın PSJ klubu daha bir ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Marko Verratti sıradan çıxıb.

Komandanın baş məşqçisi Mauritsio Poçettino italiyalı orta sahə oyunçusunun Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya təmsilçisi “Barselona” ilə ilk görüşü buraxa biləcəyini açıqlayıb: “Verratti məşq edirdi, ancaq “Marsel”lə oyunda aldığı zərbədən sonra bir az narahatlıq keçirdi. “Barselona” ilə qarşılaşmada iştirakı özünü necə hiss etməsindən asılı olacaq”.

Qeyd edək ki, fevralın 16-da keçiriləcək görüşdə PSJ-nin argentinalıları – yarımmüdafiəçi Anxel Di Mariya və hücumçu Neymar oynamayacaq.