13:49 14-02-2021
news_image
94
FUTBOL

“Messi gizli həyat yaşayır” - Kuman

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kumanın oğlu Tim Kuman komandanın kapitanı Lionel Messi barədə maraqlı fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, o, argentinalı superulduzla görüşmək imkanı əldə etmədiyini vurğulayıb.

Kuman Leonun gizli həyat yaşadığını söyləyib: “Messi ilə görüşüm hələ baş verməyib. Həqiqətən də, gizli həyat yaşayır. Heç kim onu görmür. Bir dəfə atam Messinin yanına idi, söhbət edirdilər. Mətbəx masasında danışırdılar”.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Lionel Messi “Mançester Siti” və PSJ-nin maraq dairəsindədir.