14:27 14-02-2021
news_image
142
FUTBOL

“Real”ın istədiyi türkiyəli – klubu şərtini dedi

Kapitan Serxio Ramos və fransalı Rafael Varanın gələcəyi qeyri-müəyyən olduğundan, İspaniyanın “Real” klubu mərkəz müdafiəçisi axtarışına başlayıb.

Apasport.az saytının məlumatına görə, “kral klubu”nun gündəmində olan arxa xətt oyunçularından biri də “Yuventus”da çıxış edən Merih Demiraldır.

Madrid təmsilçisi 22 yaşlı futbolçunun mövsümün sonunda transferi üçün italyanlarla danışıqlara başlayıb. “Real” artıq ilk təklifini də edib. İspanlar müdafiəçisi Eder Militao və müəyyən məbləğdə pul qarşılığında keçidin reallaşmasını istəyir. Ancaq “qoca sinyora” türkiyəlinin Militao ilə deyil, Varanla dəyişdirilməsini tələb edib.

Bu dəyişiklik baş tutarsa, Hamit Altıntop və Nuri Şahindən sonra “Real”ın formasını geyinəcək 3-cü türkiyəli futbolçu Merih Demiral olacaq.