15:11 14-02-2021
news_image
94
FUTBOL

Braziliya klubuna keçdi – Dieqo Kosta

“Çelsi” və “Atletiko”nun sabiq futbolçusu Dieqo Kostanın karyerasını Braziliyada davam etdirəcəyi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu “Palmeyras”la danışıqları yekunlaşdırıb.

İspaniya yığmasının Braziliya əsilli oyunçusu azad agent kimi yeni komandası ilə münasibətləri rəsmiləşdirib. Kosta “Palmeyras”la 2 illik müqavilə bağlayıb. Onun illik maaşı 2,5 milyon avro olacaq.

Qeyd edək ki, Dieqo Kosta 2014-cü ildən İspaniya yığmasına dəvət edilir.