15:23 14-02-2021
news_image
120
FUTBOL

Upamekanonun transferini açıqladı – “Bavariya”

“Leypsiq”in müdafiəçisi Dayo Upamekanonun yeni klubu müəyyənləşib.

Apasport.az xəbər verir ki, Bundesliqanın digər təmsilçisi “Bavariya” mərkəz müdafiəçisinin transferini rəsmi saytı vasitəsilə bəyan edib.

23 yaşlı futbolçunun transferi qiyməti barədə məlumat verilməsə də, onun münhenlilərlə 5 illik müqavilə imzaladığı açıqlanıb. Fransa millisinin üzvü iyulun 1-dən etibarən “Bavariya”nın futbolçusu olacaq.

Qeyd edək ki, Dayo Upamekano “Leypsiq”ə 2016-cı ildə 10 milyon avro qarşılığında “Zalsburq”dan keçib.