19:12 14-02-2021
news_image
208
FUTBOL

“Gələcəkdə komanda sayı artarsa...” – Elxan Məmmədov

“Həftəsonu istər televiziya vasitəsilə, istərsə də stadionda Azərbaycan Premyer Liqasının oyunlarını izlədim”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ölkə çempionatındakı mübarizəni dəyərləndirərkən deyib.

Vitse-prezident AFFA-nın feysbuk səhifəsinə açıqlamasında komanda sayının artması ilə Premyer Liqadakı mübarizənin daha da gərginləşməsinin vacib olacağını vurğulayıb: “Səkkiz komandalı çempionat həm də o deməkdir ki, heç bir komandaya arxayınlaşmaq olmaz. Hər oyun mübarizədir, hər xalın böyük əhəmiyyəti var. Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub-saxlamaq vacibdir”.