19:39 14-02-2021
news_image
141
FUTBOL

“Onun niyə tək qaldığını aydınlaşdırmalıyıq” - Visente Qomes

“Bu gün hər iki komandanın çox az qol fürsətləri var idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının XV turunda “Zirə” ilə keçirilən oyun barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis 2:2 hesabı ilə nəticələnən matçda qələbəni əldən verdiklərini bildirib: “Xeyrimizə olan hesabı sona qədər saxlaya bilmədik və heç-heçəylə razılaşdıq. Rəqibin ikinci qolu zamanı topu vuran futbolçunun cərimə meydanı daxilində niyə tək qaldığını aydınlaşdırmalıyıq. Rəqib belə rahat şəkildə qapıya zərbə vurmamalıdır. Çempionatın sonunda nə olacağını indidən demək çətindir. İndi yalnız qarşıdakı oyunlara köklənmişik. Hazırda da yalnız “Səbail”lə matçı düşünürük”.

Baş məşqçi ukraynalı yarımmüdafiəçi Dmitri Klotsu transfer etmələrinin səbəbini də izah edib: “Klotsu yaxşı tanıyırdım, Ukraynadakı çıxışından ona bələdəm. Necə oyunçu olduğunu bildiyim və bizə fayda verəcəyinə əmin olduğum üçün onu heyətə qatdıq”.