19:39 14-02-2021
news_image
160
FUTBOL

Dişləri qırıldı – “Sabah”ın hücumçusunun

“Sabah”ın futbolçusu Tiemoko Fofananın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XV turunda “Zirə” ilə matçın ikinci hissəsində zədələnərək əvəzlənən Fil Dişi Sahilidən olan forvard xəstəxanadadır.

Bu barədə baş məşqçi Visente Qomes məlumat verib. O bildirib ki, yeni transferin iki dişi qırılıb: “Üzünə dəyən zərbədən sonra Fofananın iki dişi sınıb. Hazırda xəstəxanadadır. Boyun nahiyəsində də ağrıları var. Vəziyyətinin nə yerdə olduğunu tam dəqiqliyi ilə tibbi müayinədən sonra biləcəyik. Hətta bu vəziyyətdə oynamaq istəyirdi. Lakin həkimlə birlikdə qərara gəldik ki, əvəzləyək. Çünki bu tip ağır zərbədən sonra oyunçunun mübarizəni davam etdirməməsi daha yaxşıdır”.

Qeyd edək ki, “Zirə” – “Sabah” oyunu 2:2 hesabı ilə başa çatıb.