09:24 15-02-2021
news_image
384
FUTBOL

Ramosa əvəzləyici tapdı - “Real”

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Emerik Laport karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, fransalı müdafiəçi “Real”a keçmək imkanına malikdir.

Madridlilər 26 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır. Paytaxt təmsilçisi komandadan gedəcəyi gözlənilən Serxio Ramosu Laportla əvəzləmək istəyir.

Qeyd edək ki, Laport cari mövsüm 14 oyun keçirib və 1 qol vurub.