
19:57
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız I divizion təmsilçisi “Turan Tovuz”la görüşüb.
Matç millinin Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan hazırlıq çərçivəsində baş tutub. Oyun 2:2 hesabı ilə başa çatıb. Aşağı liqa təmsilçisi ilə bacarmayan U-18-in qollarını Rüstəm Hümbərov və Rəşad Həsənov vurub.