11:13 15-02-2021
news_image
373
FUTBOL

“Baş məşqçi ilə razılaşmıram” - Pyaniç

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Miralem Pyaniç komandadakı durumundan narazıdır.

Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovina millisinin üzvü əsas heyətə düşə bilməməsindən gileylənib.

31 yaşlı orta sahə oyunçusu bununla belə, mübarizə aparmaqda davam edəcəyini söyləyib: “Gözlənilən oyun vaxtı əldə etməməyimin dəqiq səbəblərini bilmirəm. Çox çalışmağa davam edəcəyəm. Düzdür, baş məşqçi ilə razılaşmıram, amma qərarlarına hörmətlə yanaşmalıyıq. Bu klubda iz qoymaq istəyirəm”.

Qeyd edək ki, Miralem Pyaniç cari mövsüm bütün turnirlərdə 24 oyun keçirib.